Dağıstanda güləşəcəklər

Dağıstanda güləşəcəklər
Oxunma sayı: 171

“Qafqazinfo”nun Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, mayın 27-dən 29-dək keçiriləcək turnirdə yeniyetmələrdən ibarət yığma komandanın böyük məşqçisi Vahid Məmmədov, məşqçilər Əsgərxan Novruzov və Elşad Abdullayevin rəhbərliyi altında 14 güləşçimiz qüvvəsini sınayacaq. Turnirdə Əliabbas Rzazadə (32 kq), Kənan Ağamalızadə (35 kq), Mahir Əmiraslanov (38 kq), Vurğun Əliyev, Sadıq Sadıqov (hər ikisi 42 kq), Ruslan Surxayev, Ruslan Qasımov, Xəlqan Xəlilov (hamısı 46 kq), Məmmədhüseyn Həsənov, Mircəlal Həsənzadə (hər ikisi 50 kq), Elçin Məmmədov (58 kq), Elmar İsmayılov, İlkin Abbasov (hər ikisi 69 kq) və Orxan Şərifov (76 kq) medallar uğrunda mübarizə aparacaq.

Səidə Teyyubqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi