Dağıstanda məhkumlar qiyam qaldırdı - Video

dagistanda-mehkumlar-qiyam-qaldirdi
Oxunma sayı: 2205

Rusiyanın Dağıstan Respublikasında Tyube qəsəbəsindəki 7 saylı ümumi cəzaçəkmə müəssisəsində məhbuslar qiyam edib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, “kriminal submədəniyyəti dəstəkləyən” bir qrup şəxs digər məhbusları koloniya rəhbərliyinə itaətsizliyə və rejimin pozulmasına cəlb etməyə çalışıb.

Həbsxana rəhbərliyinin və prokurorluq əməkdaşlarının məhkumlarla danışıqlarından sonra heç bir fiziki güc tətbiq etmədən iğtişaşın qarşısı alınıb və vəziyyət sabitləşib.