Dağıstanda xüsusi hərbi əməliyyatlar keçirilir

dagistanda-xususi-herbi-emeliyyatlar-kecirilir
Oxunma sayı: 644

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, Rusiya silahlı qüvvələri qruplaşmaların yerləşdiyi ehtmal edilən meşə massivini hərbi helikopterlərdən bombalayıb.
Agentlik Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, hərbi əməliyyatlar bu gün saat 10.00-dan başlayıb. Silalı qruplaşmaların məhv edilməsində artileriyadan da istifadə olunur.
Hal-hazırda Xasavyurt ərazisində xüsusi əməliyyat tədbirləri həyata keçirilir. Hüquq-mühafizə orqanlarının və xüsusi təyinatlı dəstənin bölmələri silahlı qruplaşmanın zərərsizləşdirilməsi üçün əməliyyatları davam etdirir.