Dağıstandakı qəzada Azərbaycanlı öldü

dagistandaki-qezada-azerbaycanli-oldu
Oxunma sayı: 641

Həlak olan avtobus sürücüsü Azərbaycan vətəndaşı Rəhimov Etibar Razim oğludur (1976-cı il təvəllüdlü).

Avtobusun sərnişinləri yüngül bədən xəsarəti alıblar. Hadisə yerində onlara lazımi tibbi yardım göstərilib. Bu barədə Dağıstan FHN-dən bildirilib.

Azərbaycandan qəza yerinə sərnişinlərin Rostova aparılması üçün avtobus göndərilib.
"Moskva vaxtı ilə saat 14:50-də FHN-ə məlumat daxil olub ki, "Dağıstanın Süleyman-Stal rayonunun ərazisində "Qafqaz" federal şossesində Bakıdan Rostova gedən "Mersedes" markalı ikimərtəbəli avtobus aşıb", - bir qədər əvvəl Trend-ə Mahaçqala Fövqəladə Hallar Komissiyasından məlumat verilmişdi.

Məlumata görə, avtobusda cəmi 47 sərnişin olub, onlar arasında uşaq yoxdur.