Dağıstanın yeni prezidenti seçildi

dagistanin-yeni-prezidenti-secildi
Oxunma sayı: 6620

Dağıstan parlamentinin millət vəkilləri böyük səsçoxluğu ilə Vladimir Vasilyevi 5 il müddətinə respublikaya rəhbər seçiblər.

“Qafqazinfo”nun “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, səsvermədə iştirak edən 86 deputatdan 77-si onun lehinə səs verib.

Qeyd edək ki, V. Vasilyevlə birlikdə prezident postu uğrunda Kamila Davdiyeva və Mahmud Mahmudov mübarizə aparıb.