Dağlıq Qarabağ məsələsi Nyu-Yorkda müzakirə edilib

dagliq-qarabag-meselesi-nyu-yorkda-muzakire-edilib
Oxunma sayı: 671

XİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, E. Məmmədyarov Şimali Kipr Türk Respublikasının Prezidenti Dərviş Eroğlu, Türkiyənin Baş naziri R.T.Ərdoğan, Tuvalunun Baş naziri Villi Telavi, Böyük Britaniyanın xarici işlər üzrə dövlət naziri Lord Hovel, Bolqarıstanın xarici işlər naziri Nikolay Mladenov, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort və Ərəb Dövlətləri Liqasının Baş katibi Nəbil Əl Ərəbi ilə görüşlər keçirib.

Görüşlərdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti ilə yanaşı, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, iqtisadi və enerji sahələri, eyni zamanda qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Nazir E.Məmmədyarov eyni zamanda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında da iştirak etmişdir.