Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyannamə

dagliq-qarabag-munaqisesi-ile-bagli-beyanname
Oxunma sayı: 724

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bəyannamədə qeyd olunur ki, Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması Avropa Şurasının səlahiyyətləri çərçivəsindədir: “Bu konteksdə biz münaqişənin nizamlanmasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətinə dəstəyimizi ifadə edirik”. Bəyannamədə həmçinin qeyd olunur ki, münaqişə Madrid prinsipləri əsasında nizamlanmalıdır.

Assambleya Ermənistan və Azərbaycanı Avropa Şurasının Nazirlərinin Komitəsi sədrliyinin təqdim etdiyi imkanlardan istifadə etməyə çağırıb. Bura barışığın əldə olunması, həmçinin ATƏT MQ çərçivəsində Qarabağ münaqişəsinin nizama salınmaısnın intensivləşdirilməsi də daxildir.

Bəyannamədə o da vurğulanır ki, assambleya parlament diplomatiyası vasitəsilə danışıqların intensivləşdirilməsi və hər iki ölkə parlamentariləri arasında qarşılıqlı inamın bərqərar olunması üçün əlindən gələni etməyə hazırdır.