Dağlıq Qarabağda erməni əsgər gözündən vurulub

dagliq-qarabagda-ermeni-esger-gozunden-vurulub
Oxunma sayı: 1260

Ermənistan ordusunun hərbçisi gözündən aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gün işğal altındakı Dağlıq Qarabağ bölgəsindəki hərbi hissələrdən birində baş verib.
1999-cu il təvəllüdlü əsgər Rafiq Vaqanyan bu gün Yerevan xəstəxanalarından birinə köçürülüb. Hərbçinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.