Dağlıq Qarabağda Ramil Səfərov müzakirəsi

dagliq-qarabagda-ramil-seferov-muzakiresi
Oxunma sayı: 644

ANS PRESS-in məlumatına görə, rusiyalı həmsədr İqor Popov “Azadlıq” radiosuna açıqlamasında görüşdə münaqişənin həlli və Ramil Səfərovun Azərbaycana qaytarılması məsələsini müzakirə etdiklərini deyib. Həmsədrlər R. Səfərovla bağlı yeni fikir söyləməyiblər, suallara cavab verərkən isə daha əvvəl verdikləri bəyanata istinad ediblər.

İ. Popov ermənilərin açmağa hazırlaşdığı yeni hava limanı ilə bağlı suala isə belə cavab verib: “Biz hesab edirik ki, indiki vəziyyətdə Xankəndi hava limanının açılması tərəflər arasında gərginlik yarada bilər. Bu məsələlər mövcud təcrübə əsasında sülh yolu ilə həll edilməlidir”.

Jurnalistin “İlk sərnişin olmaq istərdinizmi?” sualını isə diplomat zarafatyana cavablandırıb: “Hələlik yox, təyyarə hələ gəlməyib”.

Həmsədrlər noyabrın 23-də Ermənistanda, noyabrın 26-da isə Azərbaycanda görüşlər keçirəcək.