Dağlıq Qarabağla bağlı görüş başa çatdı - Yenilənib + Foto

dagliq-qarabagla-bagli-gorus-basa-catdi
Oxunma sayı: 5998

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistan xarici işlər naziri Eduard Nalbandyanla görüşür.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Tvitterdəki hesabında məlumat paylaşıb.

***

Görüş zamanı Minsk Qrupu həmsədrlərinin oktyabrda Dağlıq Qarabağa səfəri barədə razılıq əldə edilib.

Habelə görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil olunması ilə bağlı məsələ müzakirə edilib.