Dağlıq rayonlarında leysan gözlənilir

dagliq-rayonlarinda-leysan-gozlenilir
Oxunma sayı: 874

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya verilən məlumata görə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 18-23 isti olacağı gözlənilir.

Aqrometeoroloji şərh

İyulun 27-si gündüz, 28-də respublika ərazisində nisbətən isti və əsasən yağmursuz hava şəraiti davam edəcək, yalnız bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağışların düşməsi ehtimal edilir. Yay dövrü üçün münasib olan normal isti temperatur rejimi kənd təsərrüfatı bitkilərinin boy atması, inkişafı və məhsulun yetişməsi üçün əlverişli olacaq, xüsusən, bostanlarda, üzüm və meyvə bağlarında. Gözlənilən hava şəraiti tarlalarda və bağlarda aqrotexniki işlərin görülməsi və bağ-bostanlarda məhsulun yığımı üçün əlverişli olacaq.