Daha 2 komanda “pley-off”da!

daha-2-komanda-pley-offda-
Oxunma sayı: 688

“Qafqazinfo”nun verdiyi xəbərə görə, C qrupunda 2-ci turun oyunları keçirilib. İlk oyunda qələbə qazanan Tunis və Qabon bu dəfə də meydanı 3 xalla tərk edib. Hər iki komanda qələbəni son dəqiqələrdə vurduğu qolla əldə edib. Bu nəticələrdən sonra hər iki komanda pley-offa vəsiqəni rəsmiləşdirib. Son tur yalnız qrup liderinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət kəsb edir.
Niger – Tunis – 1:2 Nqounou, 8 –Msakni, 3, Cemaa, 89 Qabon – Mərakeş – 3:2 Aubameyanq, 77, Kousin, 80, Nbananqoye, 90+7 – Xna, 25, 90+1-pen. Turnir cədvəli: Qabon, Tunis – 6, Mərakeş, Niger – 0. Qeyd edək ki, Ekvatorial Qvineya və Fil Dişi Sahili yığmaları da 1/4 finala yüksəlib.
Ceyhun Əhmədov