Daha 3 nəfərin namizədliyi qeydə alındı

Daha 3 nəfərin namizədliyi qeydə alındı
Oxunma sayı: 1333

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində prezidentliyə namizədliyi təsdiq edilmiş daha 3 nəfərin namizədliyinin qeydə alınması məsələsinə baxılıb. 

"Qafqazinfo" xəbər verir ki, iclasda bildirilib ki, namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Oruc, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadə və namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin namizədliyinin qeydə alınması məsələsi müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, hər üç şəxsin prezidentliyə namizədliyinin müdafiəsi üçün təqdim edilən imxalar və müvafiq sənədlər yoxlanılıb və onların namizədliyinin qeydə alınması üçün qanunverici əsaslar mövcud olduğu müəyyən edilib. 

Daha sonra hər üç şəxsin prezidentliyə namizədliyi qeydə alınıb.

***

Beləliklə, aprelin 11-də keçiriləcək prezident seçkilərində namizədliyi qeydə alınan namizədlərin sayı 4-ə çatıb. Bundan əvvəl MSK prezident İlham Əliyevin də namizədliyini qeydə alıb.

Həmçinin, bu gün keçirilən iclasda Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

***

İşçi Qrupun rəhbəri Etibar Quliyev deyib ki, Zahid Orucun səlahiyyətli nümayəndəsi tərəfindən müvafiq qaydada 44624 imza MSK-ya təqdim edilib. Təqdim olunmuş imzalardan 40321-i etibarlı hesab edilib.

Araz Əlizadənin səlahiyyətli nümayəndəsi tərəfindən MSK-ya 44995 daxil edilib. Həmin imzalardan 40254 imza etibarlı hesab edilib.

Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi tərəfindən isə onun müdafiəsi üçün 44965 imza MSK-ya təqdim edilib, onlardan 40437-i etibarlı hesab edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi