Kubanın mərkəzi hissəsində dörd nəfər “Alberto” tropik qasırğasının qurbanı olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl Kuba hökuməti qasırğa səbəbindən 11 min insanı evakuasiya edib.
Leysanlar adada təlaşa və nəqliyyatın iflicinə səbəb olub. Sərnişin daşımalarının hərəkəti müvəqqəti olaraq dayandırılıb.