Daha 5 kənd terrorçulardan təmizləndi

daha-5-kend-terrorculardan-temizlendi
Oxunma sayı: 1296

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu “Zeytun budağı” əməliyyatı çərçivəsində daha 5 kəndi terrorçulardan azad edib.

“Qafqazinfo” xəbər verir ki, gün ərzində İkidam, Şeltah, Merseva, Hantallı və Divan Tahtani kəndləri işğaldan xilas edilib.

Bununla da terrorçulardan təmizlənən məntəqələrin sayı 78-ə çatıb. Onlardan 52-si kənd, 20-si isə strateji yüksəklikdir.

Qeyd edək ki, əməliyyatın başladığı 20 yanvardan bu günə qədər 1641 terrorçu zərərsizləşdirilib.