Daha bir aeroport təmirdən sonra istifadəyə verildi

daha-bir-aeroport-temirden-sonra-istifadeye-verildi
Oxunma sayı: 3036

Bakı - Zaqatala Beynəlxalq hava limanı əsaslı yenidənqurmadan sonra rəsmən istismara verilib. AZAL-dan “Qafqazinfo”ya daxil olan məlumata görə, Zaqatala Beynəlxalq hava limanının yenidən qurulması Prezident İlham Əliyevin Zaqatala rayonuna səfəri zamanı verdiyi tapşırığa müvafiq olaraq həyata keçirilib.

Hava limanının açılışı günü buraya ilk dəfə olaraq dünyanın ən böyük sərnişin təyyarələrindən biri -  “Airbus A340-500” təyyarəsi enib.