Daha bir ailə faciəsi

daha-bir-aile-faciesi
Oxunma sayı: 643

“Qafqazinfo” FHN saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinə Ağcabədi rayonu, Hacıbədəlli kəndində vətəndaşa məxsus evdə yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Saat 19:16-da Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə çatıb.

Müəyyən olunub ki, ümumi sahəsi 35 kv.m olan birmərtəbəli 1 otaqlı evin qamış və polietilendən ibarət tavanı yanıb. Evdə nəzarətsiz qalmış 3 nəfər azyaşlıdan biri 2012-ci il təvəllüdlü Rəvan Ruslan oğlu Orucov hadisə yerində ölmüş, ikisi yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Yanğın, yanğın bölmələri çatana kimi vətəndaşlar tərəfindən söndürülüb. Hadisə ilə əlaqadar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.