Daha bir aktyorumuz İran filmində

daha-bir-aktyorumuz-iran-filminde
Oxunma sayı: 1042

Azərbaycan Dövlət Musiqili Teatrının daha bir aktyoru İrana filmə çəkilmək üçün dəvət edilib. 

Musiqili teatrın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, aktyor Elxan İsmayılov artıq çəkilişlərinə start verilən bədii filmdə əsas rollardan birini - Komandir obrazını canlandıracaq. 

Film İranın tanınmış “Günəşfilm” Studiyası tərəfindən istehsal olunur. Şərti adı “Sərhəd” olan (“Arpa çayı – ayrılıq nəğməsi”) tammmetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi İranın ünlü sənətçilərindən biri olan Ali Abdalidir.

Qeyd edək ki, filmdə daha bir baş rolu Əmrah Dadaşov ifa edir.