Daha bir avtobus qəzası

daha-bir-avtobus-qezasi
Oxunma sayı: 1026

Qaradağ Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı Dairəvi Yolunda qeydə alınıb.

Qəza zamanı Bakı-Qazax istiqamətində hərəkət edən xətt avtobusu, “Ford” markalı yük maşını və “Azpetrol” şirkətinə məxsus təhlükəli maye daşıyan maşın toqquşub.

Qəza zamanı bir uşaq xəsarət alıb. Hadisə ilə əlaqədar ərazidə böyük tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.