Daha bir avtobus qəzası - ölən var

daha-bir-avtobus-qezasi-olen-var
Oxunma sayı: 647

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi şosesində, Dövlət Yol Polisi İdarəsinin yaxınlığında 1965-ci il təvəllüdlü Əhmədov Ramiz Məhəmməd oğlu idarə etdiyi “Otoyol” markalı, 10 TB 630 nömrə nişanlı avtobusla piyada qadını vurub. 196 saylı xətt üzrə hərəkət edən avtobusun piyada, 1976-cı il təvəllüdlü Zahidova Vəfa Arif qızını vurması nəticəsində qadın ağır bədən xəsarətləri alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla əlaqədar cinayət işi başlanılıb. Avtotexniki ekspertiza təyin edilib. Qəza baş verərkən avtobusda xeyli sərnişin olub.