Daha bir azərbaycanlı İnterpola verildi

daha-bir-azerbaycanli-interpola-verildi
Oxunma sayı: 637

İnterpol daha bir azərbaycanlını axtarışa verib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, 1959-cu ildə Sumqayıt şəhərində anadan olan Şahin Abdullayev oğurluqda təqsirləndirilir.

Azərbaycanın məhkəmə orqanı Ş.Abdullayev barəsində həbs qətimkan tədbiri seçib və istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edib. Məhkəmənin qərarına əsasən Ş.Abdullayev beynəlxalq axtarışa verilib.