Daha bir azərbaycanlı Rusiyada güllələndi

daha-bir-azerbaycanli-rusiyada-gullelendi
Oxunma sayı: 636

APA-nın məlumatına görə, bu gün yerli vaxtla 04.00 radələrində polis əməkdaşları “VAZ-2110” markalı maşını saxlayıblar. Maşında üç nəfər olub, onlardan 57 yaşlı Azərbaycan vətəndaşının qarnından güllə yarası aldığı müəyyənləşib. Araşdırma zamanı azərbaycanlının güllə yarasını kafe yaxınlığında naməlum şəxslərlə münaqişə zamanı aldığı müəyyənləşib. Naməlum şəxslər soydaşlarımıza atəş açıb sonra iki xarici maşında ərazini tərk ediblər. Təxminən həmin vaxt 7 saylı şəhər xəstəxanasına güllə yaraları ilə gətirilmiş 27 yaşlı Azərbaycan vətəndaşı dünyasını dəyişib. Onu xəstəxanaya tanışının gətirdiyi bildirilir. Polislər ölmüş şəxsin güllə yarasını qeyd olunan münaqişə zamanı aldığını istisna etmirlər. Faktla bağlı cinayət işi başlanıb.