Daha bir bəyanat

daha-bir-beyanat
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda deyilir: “İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi Bakı şəhərinin Şəmsi Bədəlbəyli, Füzuli, və Topçubaşov küçələrini həmçinin ölkənin digər şəhər və rayonlarında dövlət investisiya layihəsi adı altında həyata keçirilən tikinti işlərinin nəticəsində çox sayda vətəndaşın mülkiyyət hüquqlarına və mənzillərinə qarşı dözülməz hal alan qanunsuz müdaxilələrə dağıdıcı fəaliyyətlərə qarşı dövlətin müşahidəçi mövqeyindən təəssüfləndiyini ifadə edir.

İctimai Birlik vətəndaşların mülkiyyət hüquqlarının pozulması faktları ilə bağlı məhkəmə müdafiəsi üzrə təşəbbüslərinin səmərəsizliyini ölkədə vətəndaş cəmiyyəti üçün effektiv işlək mexanizmlərin tükəndiyinin və hüquq dövlət prinsiplərinə meydan oxunduğu bir mühitin mövcudluğunun nəticəsi kimi qiymətləndirir”.

Fatimə Kərimli