Daha bir boksçumuz uduzdu

daha-bir-bokscumuz-uduzdu
Oxunma sayı: 648

“Qafqazinfo”nun verdiyi məlumata görə, Heybətulla Hacəliyev 1/16 final mərhələsində mübarizəyə başlayıb.

Lakin 21 yaşlı boksçumuzun mübarizəsi başladığı kimi də bitib. Tunisli Abderrazad Houyanla qarşılaşan idmançımız hesabda irəlidə olsa da, üstünlüyünü qoruya bilməyib. Nəticədə 16:19 hesabı ilə uduzan Heybətulla Olimpiada ilə vidalaşıb.

Qeyd edək ki, London Olimpiadasında mübarizəyə qoşulan 4 boksçumuzdan yalnız biri – Soltan Migitinov növbəti mərhələyə adlaya bilib.

Ceyhun Əhmədov