Daha bir boya əməliyyatı

daha-bir-boya-emeliyyati
Oxunma sayı: 643

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Xırdalan şəhərindəki "FAB Yusif İnşaat" tikinti materialları satılan mağazanın satıcısı Vüsal Məmmədovun və Bakı şəhəri G. Mehmandarov küçəsindəki tikinti materialları mağazasının satıcısı, şəhər sakini Natiq İbrahimovun alıcılara yararlılıq və istifadə müddəti bitən, müvafiq olaraq 145 manat və 99 manat 50 qəpik dəyərində boyalar sataraq onları aldatmaları barədə əməliyyat məlumatı daxil olub.

“Qafqazinfo” DİN-nin saytına istinadən xəbər verir ki, mağazalara baxış keçirilib, oradan külli miqdarda yararlılıq və istifadə müddəti bitən müxtəlif tikinti malları aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Gülnar