Daha bir cüdoçumuz medal qazandı - Avropa Oyunları

daha-bir-cudocumuz-medal-qazandi
Oxunma sayı: 946

Azərbaycanın daha bir cüdoçusu Belarusun paytaxı Minskdə keçirilən II Avropa Oyunlarında medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə Hollandiya təmsilçisi Vant end Noeli məğlub edib.

Qeyd edək ki, bundan əvvəl 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov gümüş, Hidayət Heydərov isə bürünc medal qazanıb.