Daha bir dəhşətli qəza

daha-bir-dehsetli-qeza
Oxunma sayı: 667

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, hadisə nəticəsində, “VAZ” markalı minik avtomobili deformasiyaya uğrayıb və avtomobilin sürücüsü 1987-ci il təvəllüdlü Vəliyev Zamiq Ramiz oğlu hadisə yerində vəfat edib, iki nəfər sərnişin isə xəsarət alıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən sürücünün cəsədini çıxarıb, aidiyyəti üzrə təhvil verib və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 18:57-də başa çatıb.