Daha bir dəhşətli qəzanın qurbanı - 3 yaşlı körpə oldu

daha-bir-dehsetli-qezanin-qurbani-3-yasli-korpe-oldu-
Oxunma sayı: 674

Ucar rayonunun Məlikballı kənd sakini, 1982-ci il təvəllüdlü Zamiq Vəliyevin idarə etdiyi 61-BC-555 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn Bakı sakini, 1977-ci il təvəllüdlü Asif Musayevin idarə etdiyi DF-942-TR-12 tranzit nömrə nişanlı “NİVA” markalı minik maşını ilə toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də sərnişinlər-Ağsu sakini 1982-ci il təvəllüdlü Azad Zamanov, Xırdalan sakini 1971-ci il təvəllüdlü Asif Musayev və Ucar sakini 2007-ci il təvəllüdlü Alış Vəliyev ağır dərəcəli bədən xəsarətləri ilə Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

“VAZ 2107”nin sürücüsü Zamiq Vəliyevin azyaşlı oğlu 2009-cu il təvəllüdlü Nuran Vəliyev və sərnişini, Ağdaş sakini 1981-ci il təvəllüdlü Anar Qəhrəmanov dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.