Daha bir dəhşətli yol terroru - 3 ölü

daha-bir-dehsetli-yol-terroru-3-olu
Oxunma sayı: 654

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-ya verilən məlumata görə, hadisə gecə saat 00:00 radələrində Hacıqabul rayonunun Abdulabad kəndi ərazisində qeydə alınıb.Sabirabad rayonunun Qəzli kənd sakini 1967-ci il təvəllüdlü Mehrəli Baxşəli oğlu Zülfüqarov idarə etdiyi "VAZ-2106" markalı maşınla hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə maşın qoruyucu bəndi aşaraq su kanalına yuvarlanıb. Hadisə zamanı sürücü və avtomobildəki sərnişinlər, Qəzli kəndinin sakinləri - 1962-ci il təvəllüdlü Ələsgər Məhəmməd oğlu Nuriyev və onun oğlu, 2007-ci il təvəllüdlü İzzət Nuriyev hadisə yerində ölüblər. Ələsgər Nuriyevin həyat yoldaşı, 1970-ci il təvəllüdlü Gülnar Abbasəli qızı Nuriyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı BDYP istintaq və təhqiqat idarəsində araşdırma aparılır.