Daha bir deputat namizədliyini verdi

Daha bir deputat namizədliyini verdi
Oxunma sayı: 1463

Azərbaycan Sosial-Demokrat Partiyası (ASDP) Mərkəzi Komitəsinin plenumu partiyanın lideri Araz Əlizadənin aprelin 11-də keçiriləcək seçkilərdə  namizəd kimi iştirak etməsi ilə bağlı qərar qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə virtualaz.org-a A.Əlizadə özü məlumat verib.

Partiya lideri bildirib ki, ASDP Mərkəzi Komitəsinin plenumu ona prezident seçkilərində partiyanı təmsil etmək səlahiyyəti verib.

"Əlbəttə, prezident postu uğrunda mübarizənin şəksiz lideri İlham Əliyevdir. Mənim qarşımda isə partiya, ölkənin problemlərinin həllinə onun baxışı haqda danışmaq vəzifəsi durur və biz bunu edəcəyik”, - deyə Araz Əlizadə bildirib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi