Daha bir ər arvadının saçlarını kəsib

Daha bir ər arvadının saçlarını kəsib
Oxunma sayı: 2631

Azərbaycanda daha bir qadının zorakılığa məruz qalması barədə məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, məlumatı yayan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, 14 illik ailə həyatının 13 ilində qadın öz əri tərəfindən fiziki zorakılığa məruz qalıb: “Hətta bir dəfə əri  tərəfindən saçları kəsilib. Ortada isə heç bir xəyanət faktı da yoxdur. Qadının həyat yoldaşından iki uşağı var. Atası zorakılığa məruz qalan qızına deyir ki, əgər sən boşanıb gəlsən, qızların oxumayacaq və tez zamanda ərə veriləcək. Çünki kənd camaatı buna pis baxacaq”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi