Daha bir əsgəri itirdik

daha-bir-esgeri-itirdik
Oxunma sayı: 1178


Dövlət Sərhəd Xidmətinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsinin əsgəri, 25 yaşlı Savəddinov İmran Şöhrət oğlunun meyiti yük maşınında tapılıb. Ölümün səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, İ. Savəddinov Ağdaş rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

 DSX-nin mətbuat mərkəzindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.