Daha bir ev yandı

daha-bir-ev-yandi
Oxunma sayı: 1594

Füzulidə evdə yanğın olub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Füzuli rayonunun Qarabulaq kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.