Daha bir əxlaqsızlıq yuvası

daha-bir-exlaqsizliq-yuvasi
Oxunma sayı: 806

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, rayonun "Sarı Su" və "Ağrı Dağ" restoranlarında əxlaqsızlıq yuvası təşkil olunması müəyyən edilib. DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Göygöl rayonunun Toğana kəndinin ərazisindəki "Sarı Su" restoranında, orada işləyən Təranə Əhmədovanın, "Ağrı Dağ" restoranında, orada işləyən Şəmsi İsmayılovun əxlaqsızlıq yuvası təşkil etmələri müəyyən edilib.