Daha bir gəlin itkin düşüb - Foto

daha-bir-gelin-itkin-dusub
Oxunma sayı: 3288

Qusarda 29 yaşlı qadın itkin düşüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Qusar rayonunun Qullar kənd sakini, 29 yaşlı Rəna Mehdiyeva ötən il noyabrın 25-də yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.

R .Mehdiyevanın əlamətləri belədir: Boyu 165 sm., arıq bədən quruluşlu, yumru sifətli, şabalıdı uzun saçlı, gözlərinin rəngi qəhvəyi, sol yanağında xal vardır. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, qara rəngli don və qara ayaqqabı olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və (055)265-55-51; (070) 211-19-78 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.