Daha bir idmançımız yarımfinalda

daha-bir-idmancimiz-yarimfinalda
Oxunma sayı: 831

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının boks yarışlarında növbəti görüşlər keçirilib. “Qafqazinfo” xəbər verir ki, “Uruçye Arena”da 81 kq çəki dərəcəsində çıxış edən boksçular rinqə çıxıb.

Bu çəkidə mübarizə aparan Azərbaycan millisinin üzvü Alfonso Dominges ikinci sınağını keçirib. O, 1/8 finalda Mixail Dauhalyavetslə qarşılaşıb. Belarus idmançısı üzərində inamlı qələbə qazanan (5:0) yığmamızın üzvü 1/4 finala yüksəlib. Dominges sabah yarımfinal uğrunda rinq çıxacaq.

Qeyd edək ki, Alfonso Domingeslə yanaşı, Cavid Çələbiyev (60 kq), Rüfət Hüseynov (49 kq) və Lorenso Sotomayor (69 kq) da 1/4 finala yüksəlib.