Daha bir kampaniya Balakəndə olub - Fotolar

daha-bir-kampaniya-balakende-olub-fotolar
Oxunma sayı: 672

“Qafqazinfo”nun məlumatına görə, Milli Şuranın təşkilatçılığı ilə keçirilən Kampaniya Balakəndə də böyük maraqla qarşılanıb. Tədbir Balakən şəhəri Zərifə Əliyeva adına 3 saylı şəhər orta məktəbində tədbir baş tutub. Rayonun 14-18 yaşlı 150 gəncinin bir qismi keçməcələrdən ( puzzle) ibarət olan Azərbaycan xəritəsini, digərləri isə kampaniyanın rəsmi saytı olan miras.az saytında olan elektron formadakı xəritəni toplayıb. Gənclər arasında sorğu keçirən işçi qrupunun üzvlərinə bildirilib ki, bu cür kampaniyanın keçirilməsi vətənpərvərlik ruhunun aşılanması ilə yanaşı gənclərdə coğrafi biliklərin inkişafına da güclü təsir edir.

“Vətəni tanı” Ümumrespublika Kampaniyası 12000 gənci bu layihəyə cəlb etməyi qarşısına məqsəd qoyub və artıq onun yarıdan çoxu yerinə yetirilib.

Qeyd edək ki, kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi, eyni zamanda “AVA” Skandinaviya klinikası və FİXED Borders dəstək verir.

Səidə