Daha bir komissarın işi məhkəməyə göndərildi

daha-bir-komissarin-isi-mehkemeye-gonderildi
Oxunma sayı: 642

İş materialları baxılmaq üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi yaxın günlərdə məhkəmə icraatına veriləcək.

Feyzi Ağabəyov rüşvət almaqda təqsirli bilinir. O, ötən il həbs olunub.

Hazırda Sumqayıtın və Suraxanının sabiq hərbi komissarları - Samir Məmmədovla Təvəkkül Ağayevin, eləcə də daha bir neçə nəfərin işinə məhkəmədə baxılır.

Hərbi prokuror Xanlar Vəliyev deyib ki, ötən il korrupsiya və rüşvətxorluq halları ilə bağlı 84 fakt üzrə cinayət işi başlayıb.

Prezidentin sərəncamı ilə Azərbaycanda artıq hərbi komissarlıqlar ləğv olunub.

APA