Daha bir korrupsiya faktı

daha-bir-korrupsiya-fakti
Oxunma sayı: 1724


Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, araşdırmalarla cəmiyyətin Şəki rayon Aqroservis filialının vəzifəli şəxsləri tərəfindən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməməsi, əhaliyə göstərilən xidmətlərə görə onlardan yığılan pul vəsaitlərinin kassaya mədaxil edilməməsi, həmçinin yol verilmiş digər qanun pozuntuları nəticəsində dövlətə külli miqdarda ziyan vurmalarında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.