Daha bir korrupsiya faktı

daha-bir-korrupsiya-fakti
Oxunma sayı: 1994


Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, araşdırmalar zamanı R.İsmayılovun K.İsayevlə birgə Bakı şəhərində müvəqqəti yaşayan Türkiyə Respublikası vətəndaşından onun ev təsərrüfatında işləyən Filippin Respublikası vətəndaşına Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamasına icazə almaq üçün 5.0 min manat məbləğində pul almasında, eyni zamanda icazənin alınması məqsədi ilə Filippin Respublikası vətəndaşının adına formal Məhdud Məsuliyyətli Cəmiyyət təsis edərək bank hesabına 101.0 min manat pul vəsaiti mədaxil etməklə bu barədə bankdan müvafiq arayış aldıqdan dərhal sonra həmin vəsaiti məxaric edib və miqrasiya qanunvericiliyinə zidd olaraq əldə edilmiş  sənədləri Dövlət Miqrasiya Xidmətinə təqdim etməklə vəzifəli şəxsin qərarına qanunsuz təsir etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddəsi ilə cinayət işi başlanıb. 

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.