Daha bir nazir istefa verdi - - Yenilənib+Video

daha-bir-nazir-istefa-verdi-
Oxunma sayı: 3217


Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan istefa verib."Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, dekabrın 17-si Türkiyədə baş tutan rüşvət əməliyyatında oğlu həbs olunan nazir Zəfər Çağlayan bu dəqiqələrdə istefa ərizəsini yazıb.

***

Zəfər Çağlaya istefası barədə belə açıqlama yayıb:

"17 dekabr tarixində baş tutan əməliyyatın hökumətimizə, partiyamıza, və öləkmizə qarşı çirkli bir oyun olduğu çox açıq şəkildə ortadadır. Yaxın iş dostlarımın və övladımın da daxil edildiyi bu çirkin oyunu pozmaq və gerçəklərin ortaya çıxması üçün İqtisadiyyat naziri vəzifəsindən istefa edirəm".

***

Türkiyənin daxili işlər naziri Müəmmar Gülər də istefa verib. Daxili işlər naziri Muhammer Gülər istefası ilə bağlı bu sözləri deyib: “ 17 dekabr tarixində cənab baş nazirə istefamı söz olaraq bildirmişdim. Bu gün də yazılı olaraq bunu baş nazirə çatdırdım”.