Daha bir nazir xalqla görüşdü

daha-bir-nazir-xalqla-gorusdu
Oxunma sayı: 639

Kəpəz TV-nin yaydığı məlumata görə, nazirliyə cari il ərzində Gəncə və ətraf 11 rayondan 100-dən artıq müraciət olub ki, bunun da 70-dən çoxu artıq həll olunub, 27-nə isə bu gün qəbul zamanı baxılıb. Müraciətlər əsasən, Cavad xan, Məshəti, Natavan, Sevinc və Sadıllı qəsəbələrinin sakinlərindən telefon və internet çəkilişi ilə bağlı, ayrıca poçtlarda xidmətlərin artırılması ilə əlaqədar olub.

Vətəndaşların nəzərinə çatdırılıb ki, Cavad xan və Sadıllı qəsəbələrində yeni ATS-lər tikiləcək. Rabitə və informasiya texnologiyaları naziri 3 il ərzində çəkilişi nəzərdə tutulan genişzolaqlı internetdən də söz açıb, bu layihəyə Neft Fondu tərəfindən 400 milyondan çox vəsait ayrılmasının planlaşdırdığını bildirib.

Əli Abbasov onu da vurğulayıb ki, İKT sahəsinin inkişafı üçün Gəncədəki potensial işçi kadrlardan istifadə ediləcək. Hətta Gəncə Telekommunikasiya İdarəsində boş olan 38 yerə Azərbaycan Texnologiya Universitetinin yetişdirdiyi gənclərin cəlb olunması barədə tapşırıq verilib. Onu da bildirək ki, nazir Azərbaycan Texnologiya Universitetində də olacaq və gənclərlə görüş keçirəcək. /milli.az/