Daha bir nəfər sosial sığınacağa getdi

daha-bir-nefer-sosial-siginacaga-getdi
Oxunma sayı: 876

Daimi yaşayış və getməyə yeri olmayan 17 yaşlı gənc Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə qəbul edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı yayıb. O bildirib ki, Məmməd Kərimov (ad şərtidir) qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində müəssisədə yaşayacaq və sosial xidmətlərlə təmin ediləcək. Bu müddətdə onun sosial reabilitasiyası üçün müvafiq işlər aparılacaq.

Günel Hacı