Daha bir ölkə Tayvanın müstəqilliyini tanımaqdan imtina etdi

daha-bir-olke-tayvanin-musteqilliyini-tanimaqdan-imtina-etdi
Oxunma sayı: 1627

Qərbi Afrikada yerləşən Burkina-Faso Tayvanla diplomatik münasibətləri dayandırıb.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, bununla da Tayvanın müstəqilliyini tanıyan ölkələrin sayı 18-ə enib.

Bildirək ki, mayın əvvəlində Dominikan Respublikası da Tayvanın müstəqilliyini tanımaqdan imtina edib.

Qeyd edək ki, 1949-cu ildə Çində Mao Zıdonqun hakimiyyətə gəlməsindən sonra bəzi hökumət üzvləri Tayvana qaçaraq müstəqillik elan ediblər. Hazırda Çin Tayvanın müstəqilliyini tanımır və öz torpağı kimi görür.