Daha bir ölkədə “donuz qripi” kütləvi yayılmağa başladı

daha-bir-olkede-donuz-qripi-kutlevi-yayilmaga-basladi
Oxunma sayı: 2121

Latviyanın İnfektologiya Mərkəzinə hər gün H1N1 virusuna yoluxan azı 20 nəfər müraciət edir.

“Qafqazinfo” xəbər verir ki, latviyalı həkimlər bildirirlər ki, bu mövsümdə qrip çox yüksək - 41 dərəcə temperatura səbəb ola bilər. 

Gələn həftədən gözlənilən soyuq hava şəraitinin də epidemiyanın gedişinə təsir etməyəcəyi vurğulanır. Belə ki, qrip virusunun yayılmasına aşağı qış temperaturu mane olmur. Belə ki, laboratoriya şərtlərində virus hətta mənfi 96 Selsi dərəcədə də sağ qala bilib. 

Qeyd edək ki, qonşu Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 18, Ermənistanda isə iki nəfər təşkil edib.