Daha bir ölkədə “Skype” bağlandı

Daha bir ölkədə “Skype” bağlandı
Oxunma sayı: 1153

Məşhur mesajlaşma və video zəng xidməti “Skype” daha bir ölkədə bağlanıb.

“Qafqazinfo” Sputnik-ə istinadən xəbər verir ki, tətbiq “App Store” və “Google Play” mağazalarından da silinib.

Mobil tətbiqin Çin hökümətinin qanunlarını pozuduğuna görə silindiyi bildirilir.

Məsələ ilə bağlı “Apple” şirkətindən bildirilib ki, Çin İctimai Təhlükəsizlik Nazirliyi şirkətə səsli mesajların ötürülməsi üçün bir sıra protokolların yerli qanunvericiliyinə uyğun olmadığı barədə xəbərdarlıq edib. Bu səbəbdən də tətbiqlər Çində olan mobil tətbiq mağazalarından silinib.

Rəsmi olaraq “Google Play”in Çində təmsilçiliyi olmasa da, vətəndaşlar bir çox tətbiqlərdən istifadə edə bilirdi. Ancaq etirazlardan sonra “Android” üçün olan bütün tətbiqlər silinib.

Xatırladaq ki, “Skype”a qədər isə Çində “Whatsapp” messenceri bağlanmışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi