Daha bir ölkədən Rusiyaya qarşı sanksiya qərarı

Daha bir ölkədən Rusiyaya qarşı sanksiya qərarı
Oxunma sayı: 751

ABŞ-dan sonra daha bir ölkə Rusiyaya sanksiyalar tətbiq edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Kanada XİN Rusiyanın 114 vətəndaşına və 15 şirkətinə məhdudiyyətlər nəzərdə tutub. Bu barədə nazirliyin məlumatında qeyd olunub:

“Rusiyanın Qara dənizdə və Kerç boğazındakı aqressiv davranışlarına, Krımın qanunsuz ilhaqına görə Avropa İttifaqı və ABŞ-la əlaqəli şəkildə Kanada yeni sanksiya qərarı qəbul edib”.

Sanksiya tətbiq olunanlar arasında “Rosneft”in rəhbəri İqor Seçin, energetika nazirinin müavini Andrey Çerezov, Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Konstantin Kosaçev, VTB bankın rəhbəri Andrey Kostin, Cənub Federal Dairəsində prezidentin səlahiyyətli nümayəndəsi Vladimir Ustinov, Rusiya Dəmir Yolları ASC-nin keçmiş rəhbəri Vladimir Yakunin, Milli qvardiyanın direktoru Viktor Zolotov, Sərhəd Xidmətinin rəhbər köməkçisi Gennadi Medvedyev var. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi