Daha bir pambıq sahəsində kütləvi zəhərlənmə - Sayları 50-ni keçib

daha-bir-pambiq-sahesinde-kutlevi-zeherlenme
Oxunma sayı: 5257

Azərbaycanın daha bir rayonunda pambıq tarlasında alaq vuran fəhlələr kütləvi zəhərlənib.

"Qafqazinfo" Virtualaz.org-a istinadən xəbər verir ki, İmişli rayonunda pambıq tarlasında işləyən onlarla fəhlə bu gün səhər saatlarında zəhərlənib. Onlar İmişli Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zəhərlənənlərin sayı dəqiqləşdirilir. Fəhlələrin bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

İmişli Rayon Mərkəzi Xəstəxanasından bildiriblər ki, zəhərlənənlərin sayı 50-dən çoxdur. 

Zəhərlənənlər “MKT” şirkətinə məxsus pambıq sahəsində işləyənlərdir. Zəhərlənmənin zərərvericilərə qarşı istifadə olunan kimyəvi peraparatdan baş verdiyi ehtimal olunub.