Daha bir polis qəzada öldü

daha-bir-polis-qezada-oldu
Oxunma sayı: 941

APA-nın verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun 13-cü km-də qeydə alınıb.

Xaçmaz rayon sakini, 1971-ci il təvəllüdlü Hafiz Cavadovun idarə etdiyi 90 RB 993 dövlət nömrə nişanlı, “Niva” markalı avtomobil Qubadan Xaçmaz istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb.

Sürücü Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

H. Cavadov Siyəzən Rayon Polis Şöbəsinin baş çavuşudur.


Faktla bağlı araşdırma aparılır.