Daha bir prospektdə hərəkət məhdudlaşdırılır

daha-bir-prospektde-hereket-mehdudlasdirilir
Oxunma sayı: 862

Xətai prospektində hərəkət qismən məhdudlaşdırılır. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb. Bildirilib ki, prospektdə piyada zolaqlarının və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparılacaq.

Sözügedən hissədə 18 may tarixində axşam saat 22:00-dan etibarən avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bundan başqa, aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 18-dən 19-na keçən gecə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq. Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.